"Pepe" ləqəbli sabiq prezident vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Pepe" ləqəbi ilə tanınan sabiq Uruqvay Prezidenti Xose Mujika 89 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, Uruqvay Prezidenti Yamandu Orsi bu barədə X sosial media platformasında paylaşım edərək, Mujikanın paytaxt Montevideoda vəfat etdiyini bildirib.
Qısa müddət əvvəl mediaya verdiyi açıqlamada Mujika səhhətinin pisləşdiyini qeyd etmişdi.
O, 2021-ci ildə verdiyi açıqlamada yemək borusunda (özofagus) bədxassəli şiş aşkarlanmasını elan etmiş və aktiv siyasətdən çəkildiyini bəyan etmişdi.
Son illərini Montevideonun kənd bölgəsindəki sadə fermasında keçirən Mujika, 2009-cu ildə keçirilən seçkilərdə qalib gələrək 2010–2015-ci illərdə Uruqvayın dövlət başçısı olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...