Pentaqonun rəhbəri Kiyevə "əliboş" gəlib
ABŞ-nin Müdafiə naziri Lloyd Ostin 21 oktyabr tarixində Ukraynanın paytaxtı Kiyevə səfər edib. O, Ukraynaya Vaşinqtonun güclü dəstəyini bildirsə də, yeni hərbi yardımlar və ya Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verməyib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Nəşrin yazdığına əsasən, Ostin səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşərək, Ukraynanın cari ehtiyaclarını müzakirə edəcək. Bu, onun Ukraynaya dördüncü səfəridir.
Görüşlərin əsas mövzusu Ukraynaya gələcək yardımların ABŞ-də 2024-cü ildə keçiriləcək prezident seçkilərindən necə təsirlənəcəyinə dair perspektivlər olacaq. Xüsusilə, Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkilərdə qələbə qazanacağı təqdirdə, Ukrayna ordusuna dəstəyin azaldılacağına dair verdiyi vədlər diqqət mərkəzindədir.
"WSJ" qeyd edir ki, Ostin 64 milyard dollar dəyərində hərbi yardımın koordinasiyasında və ABŞ ilə Avropa ölkələrinin Ukraynaya yardımlarının təşkilində mühüm rol oynayıb. Bununla belə, onun bu səfərində Ukraynanın əsas hərbi tələblərinə dair yeni irəliləyişlər olmadığı vurğulanır.
Oxşar xəbərlər
Borrelldən etiraf: Qərb Rusiyanı təcrid edə bilmədi
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozef Borrell bildirib ki, bütün səylərə baxmayaraq, Qərb Rusiyanı siyasi...