Pentaqon: Yaxın Şərqə 50000-dən çox ABŞ əsgəri göndərilib

Pentaqon: Yaxın Şərqə 50000-dən çox ABŞ əsgəri göndərilib
Dünya 10

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdəki ABŞ ordusunun sayını açıqlayıb.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, hazırda Yaxın Şərqdə 50000-dən çox Amerika əsgəri var.

Bu barədə Pentaqonnun "X" sosial media platformasında verdiyi məlumatda qeyd edilib.

Bəyanatda "Amerika ordusu ayıq, öldürücü və hazır vəziyyətdə qalır" - deyə həmçinin qeyd edilib.

Mərkəzi Komandanlıq İran ərazisinə beş saatlıq hücum dalğasının başa çatdığını elan edib.

"ABŞ qüvvələri İranın ticarət gəmiçiliyinə hücum qabiliyyətini daha da zəiflətmək üçün Buşehr, Şahbahar, Cask, Konarak, Əbu Musa və Bəndər Abbas da daxil olmaqla, İrandakı hərbi obyektlərə uğurla zərbələr endirib" - deyə komandanlıq vurğulayıb.

Bəyanatda o da qeyd olunur ki, ABŞ İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına, eləcə də dəniz imkanlarına qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər