Pentaqon İrana hücumla bağlı gözlənilməz məlumat açıqladı
Pentaqon rəsmiləri ABŞ Konqresi üçün qapalı brifinqdə bildiriblər ki, ABŞ-nin İranın əvvəlcə hərbi əməliyyatlara başlayacağına dair heç bir dəlili yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilib ki, bazar günü Konqres üzvləri ilə qapalı brifinqlərdə Tramp administrasiyasının rəsmiləri kəşfiyyatın İranın ABŞ qüvvələrinə qarşı ilk hücum planlaşdırdığını göstərmədiyini etiraf ediblər.
O da bildirilib ki, bu ifadələr Amerika administrasiyasının İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq lehinə əsas arqumentlərindən birini sarsıdır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı "qabaqlayıcı" hücumlar elan edib. Ağ Ev İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edərək , bunun "yaxınlaşan təhlükəni aradan qaldırmaqla Amerika xalqını qorumağa" yönəldiyini vurğulayıb.
Oxşar xəbərlər
"Qiyamət radiosu"nda yeni kod mesajı yayımlanıb
Rusiyada fəaliyyəti ilə tez-tez diqqət çəkən UВB-76 radio stansiyası növbəti şifrəli mesaj ötürüb. BAKU.WS xəbər verir ki, "Radio Qiyamət günü" kimi tanınan sta...