Paşinyanın yeni mətbuat katibi kim olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinə 26 yaşlı Melanya Harutyunyan rəhbərlik edəcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat dərc edib.
Nəşr yazır ki, Melanya Harutyunyan, hakim "Vətəndaş Sazişi" partiyasının Gənclər Strukturu Şurasının katibidir və Ermənistan baş nazirinin bütün seçkiqabağı kampaniyası boyu onu səfərlərdə və seçicilərlə görüşlərdə müşayiət edib.
Melanya Harutyunyan Nikol Paşinyanın hazırkı mətbuat katibi Nazeli Baqdasaryanı əvəz edəcək. N.Baqdasaryanın isə parlamentdə deputat mandatı qazanacağı bildirilir.
Qeyd edək ki, o bu vəzifədə təxminən 4 il çalışıb. Ondan əvvəl isə parlamentin deputatı olub, daha sonra respublikanın Şirak vilayətinin qubernatoru vəzifəsində işləyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...