Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransında bildirib.
"Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi", - N.Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir.
"Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım", - o bildirib.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "KuPS"la ilk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verir"
"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"la oyununun favoriti hesab oluna bilər. BAKU.WS "Report"a istinadən xəbər...