Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA
Rusiyalı tanınmış klinik psixoloq Stanislav Samburski Ermənistanın baş naziri Nikol Paşinyanın yeni imicini şərh edib.
BAKU.WS xəbər verir ki, mütəxəssisin fikrincə, uğurlu kişilərin xarici görünüşlərini dəyişdirməyə başlamasının bir neçə səbəbi ola bilər.
"O, ehtimal ki, öz xarici görünüşünü bu qədər sürətlə dəyişən yeganə tanınmış dövlət xadimidir. Çox az tanınmış şəxs belə radikal dəyişikliklərə gedir", - deyə psixoloq qeyd edib.
Ekspert ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı misal göstərərək, onun tez-tez tənqidlərə məruz qaldığını, lakin qeyri-ideal saç düzümünü öz imicinin bir hissəsi olaraq qoruduğunu bildirib. Samburski əlvə edib ki, siyasətçilər adətən uzun illər boyunca eyni imicə sadiq qalır. Misal olaraq, Almaniyanın keçmiş kansleri Angela Merkeli göstərib və onun bütün siyasi karyerası boyunca dəyişməz bir görünüşə malik olmasını vurğulayıb.
Paşinyanın yeni görünüşünün İsrailin baş naziri Benyamin Netanyahunun görünüşünə oxşadığını vurğulayan psixoloq, baş nazirin imicə münasibətinin arxa plana keçdiyini qeyd edib. Samburskiyə görə, xarici görünüş tanınmışlıq və dəstək gətirən bir aktiv kimi qəbul edildikdə, görünüşdə dəyişikliklər peşəkar fəaliyyətdəki uğursuzluqlara işarə ola bilər.
"Psixoloji baxımdan, bir iş adamının və ya məmurun xarici görünüşündə dəyişikliklər, onun üzləşdiyi problemlərlə mübarizə apara bilmədiyinin siqnalı ola bilər. İmicdə dəyişiklik etmək isə həyatının ən azından bir aspektinə nəzarət etməyə çalışmaq kimi bir cəhddir", - deyə ekspert bildirib.
Xatırladaq ki, Nikol Paşinyan öz görünüşündəki dəyişiklikləri "Telegram" kanalında paylaşmışdı. Kadrlarda Ermənistanın baş naziri saqqalsız və bığsız görünüb. Sosial şəbəkələrdə çoxları onu İsrailin baş naziri Benyamin Netanyahu ilə müqayisə etməyə başlayıb.
Oxşar xəbərlər
Bəşəriyyət məhv olduqdan sonra planeti bu canlılar ələ keçirə bilər
Alimlər bəşəriyyət məhv olarsa, hansı növ canlının Yer kürəsində üstünlük təşkil edə biləcəyini kəşf ediblər. BAKU.WS xəbər verir ki, bunlar osminoqlardır. Bu...