Paşinyan: Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca öz sərhədçilərinin iştirakını artırmağı planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sərhədçilər Gününə həsr olunmuş tədbirdə bildirib.
"Bizim siyasətimiz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu daha da artırmaqdır. Bu, davamlı və institusional sülhə, sabitliyə doğru gedən yolda vacib aralıq addımdır", - N.Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan dörd dövlətlə quru sərhədlərinə (Azərbaycan, Türkiyə, İran, Gürcüstan) malikdir. Erməni sərhədçiləri Ermənistan-Gürcüstan və şərti Ermənistan-Azərbaycan sərhədini qoruyurlar. Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədini isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən xüsusi idarəsinin dörd sərhəd dəstəsi qoruyur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...