Paşinyan bildirib ki, erməni alkoqol məhsullarını konyak adlandırmaq olmaz
Yeniliklərdən dərhal xəbərdar olun
"Erməni alkoqol məhsullarını konyak adlandırmaq olmaz, çünki belə bir ad "Fransanın qeyri-maddi dəyəridir".
BAKU.WS xəbər verir ki, bu fikri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Bu belə olmaz, konyak Fransanın qeyri-maddi dəyəridir. Biz erməni konyakı deyə bilmərik", - o deyib və əlavə edib ki, hətta ailələrdə də "konyakı brendi adlandırmalıdırlar".
Xatırladaq ki, 2021-ci ildə Ermənistan hökuməti "konyak" brendi altında spirtli içkilərin istehsalının dayandırılması üçün Avropa İttifaqının 3 milyon avro məbləğində maliyyə yardımı haqqında sazişi təsdiqləyib. AB qanunlarına görə, yalnız Fransanın müəyyən bölgəsində istehsal olunan məhsulların belə bir ad almaq hüququ var.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...