Parisdə Suriya-İsrail danışıqlarının altıncı raundu başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdə ABŞ-nin vasitəçiliyi ilə Suriya-İsrail danışıqlarının altıncı raundu başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyinə Suriya hökumət dairələrinə yaxın mənbə bildirib.
Qeyd olunub ki, Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əl-Şeybani, İsrail nümayəndə heyətinə isə ölkənin ABŞ-dəki səfiri Yeyxiel Leyter rəhbərlik edir. Parisdəki danışıqlar qrupunun tərkibinə Suriyanın Ümumi Kəşfiyyat Xidmətinin rəisi Hüseyn əs-Salame də daxildir.
İki gün davam edəcək danışıqlar 1974-cü il tarixli Colan yüksəkliklərində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında sazişin bərpasına yönəlib.
"Suriya tərəfi İsrail qüvvələrinin 2024-cü ilin dekabrında tutduqları ərazilərdən çıxarılmasını tələb edir" , - məlumatda bildirilib.
Onun sözlərinə görə, Dəməşq Suriyanın tam suverenliyini təmin edəcək və daxili işlərinə hər hansı müdaxilə formalarının qarşısını alacaq ədalətli təhlükəsizlik tədbirləri haqqında müqaviləyə nail olmağa çalışır.
Mənbənin qeyd etdiyi kimi, İsrail ilə dialoqun bərpası ərəb respublikasının öz ayrılmaz milli hüquqlarına sadiqliyini təsdiqləyir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...