Parisdə paradda respublika qvardiyasının atı Makronun tribunası qarşısında yıxılıb
Parisdə 14 iyul Milli bayram şərəfinə keçirilən paradda iştirak edən respublika qvardiyasının atı daş döşəmədə sürüşərək süvari ilə birlikdə prezident tribunası qarşısında yıxılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yelisey sarayının "YouTube" səhifəsində yayımlanan paradın translyasiyasına düşüb.
Süvarilər Fransa prezidenti Emmanuel Makronun tribunasının yerləşdiyi Konkord meydanına çatdıqda müxtəlif istiqamətlərə hərəkət zamanı atlardan biri daş döşəmədə sürüşərək böyrü üstə yıxılıb. Süvari atdan düşmək məcburiyyətində qalıb.
Le Parisien qəzeti bildirib ki, parad zamanı Yelisey meydanında qılıncla addımlayan kursantlardan biri təsadüfən qulağını kəsib.
Oxşar xəbərlər
Tramp Rubionu Kubaya göndərəcək - Razılaşma müzakirə ediləcək
ABŞ prezidenti Donald Tramp mümkün razılaşmaları müzakirə etmək üçün dövlət katibi Marko Rubionu Kubaya göndərmək niyyətində olduğunu açıqlayıb. BAKU.WS xəbər v...