Paris yaxınlığında rusiyalı jurnalist Yevgeni Safronovun meyiti tapılıb

Paris yaxınlığında rusiyalı jurnalist Yevgeni Safronovun meyiti tapılıb
Dünya 79

Fransanın paytaxtı Parisin ətrafında yerləşən Medon şəhərində rusiyalı jurnalist Yevgeni Safronovun meyiti aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə yerli Le Figaro qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın 6-da 38 yaşlı Safronov yaşadığı binanın yeddinci mərtəbəsindəki mənzilinin pəncərələri altında ölü vəziyyətdə tapılıb. İlkin ehtimallara əsasən, hadisə intihar ola bilər. Bildirilir ki, pəncərənin yanında stul olub, mənzildə isə zibil qabında çoxlu sayda dərman aşkar edilib.

Mərhumun şəxsiyyətini jurnalist Denis Balaşov açıqlayıb. Onun sözlərinə görə, Yevgeni Safronov 2022-ci ildən əvvəl Rusiyanı tərk edib. Buna səbəb isə çalışdığı media orqanının "xarici agent" elan olunması olub. Safronov təxminən altı ay əvvəl Parisdə məskunlaşıb.

Balaşov qeyd edib ki, jurnalist son dövrlər depressiyadan əziyyət çəkirmiş. Bir həftə əvvəl isə Safronov telefonlarının, sosial şəbəkə və mesencer hesablarının, eləcə də "Dövlət Xidmətləri" portalındakı hesabının sındırıldığını bildirib və bu vəziyyətin onu psixoloji baxımdan ciddi sarsıtdığını deyib.

Son xəbərlər