Pakistanda qarşıdurmalar - Ölənlərin sayı 130-a çatıb
Pakistanın şimal-qərbində iki həftədir davam edən tayfalararası qarşıdurmalarda həyatını itirənlərin sayı 130-a çatıb.
BAKU.WS trthaber-ə istinadən xəbər verir ki, Xeyber-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində vaxtaşırı şiə və sünni qəbilələri arasında çoxlu insanın öldüyü toqquşmalar baş verir.
Bölgədə son illərin ən qanlı qarşıdurması yaşanarkən hakimiyyət tərəflər və nüfuzlu şəxslərlə görüşərək gərginliyi azaltmağa çalışır. Hökumət rəsmilərinin səyi nəticəsində yekun sülhün əldə olunduğu açıqlansa da, zaman-zaman münaqişələr yarana bilər.
Bildirilir ki, meyitlərin və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var.
Son 12 gündə rayonda telefon və internet xidmətlərində ciddi fasilələr olsa da, təhsil müəssisələri və mağazalar əksər hallarda bağlı qalıb.
Qeyd edək ki, 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir.
Oxşar xəbərlər
Qısa ətəyi ilə gündəm olan Simge: "Sevgililərimin çoxu İzmirdən idi"
Məşhur müğənni Simge Sağın ötən gün məkanlardan birində çıxış edib. BAKU.WS xəbər verir ki, sevilən hitlərini ssələndirən ifaçının konserti maraqlı anlarla yad...