Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib

Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib
Dünya 0

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Paxtunxva vilayətində keçirilən əməliyyatlar zamanı 20-dən çox silahlını zərərsizləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin media qanadı olan ISPR məlumat yayıb.

Bildilir ki, toqquşmalar sentyabrın 3-dən 5-dək bir neçə ərazidə baş verib. Məlumata əsasən, öldürülən şəxslərin "Fitnə-əl-Xəvaric" qruplaşmasının üzvləri olduğu bildirilir. Təhlükəsizlik qüvvələri xüsusilə Şimali Vəziristan dairəsində Əfqanıstan ərazisindən Pakistana keçməyə cəhd edən silahlı şəxslərə qarşı əməliyyat keçirib.

ISPR-in məlumatında qeyd olunur ki, sentyabrın əvvəlindən etibarən sərhəddən ölkəyə sızmağa çalışan ümumilikdə 25 silahlı zərərsizləşdirilib.

Pakistan Silahlı Qüvvələri sərhəd təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən biri olduğunu və sərhədyanı ərazilərdən ölkəyə qarşı terror fəaliyyətlərinin həyata keçirilməsinə imkan verilməyəcəyini açıqlayıb.

Əməliyyatların Pakistanın "Əzmi-İstehkam" adlı antiterror kampaniyası çərçivəsində həyata keçirildiyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər