Pakistan ordusu itkilərin sayını açıqladı
Pakistanla sərhəddə baş verən qarşıdurmada Əfqanıstan ordusunun azı 274 hərbçisi həlak olub, 400-dən çoxu isə yaralanıb.
BAKU.WS-in TASS agentliyinə istinadən yaydığı məlumata görə, bunu Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Ahmed Çaudxri açıqlayıb.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstan tərəfinin 73 hərbi postunu məhv edib, daha 18 postu isə nəzarətə götürüb. Bundan başqa, tanklar, artilleriya qurğuları və zirehli transportyorlar da daxil olmaqla 115-dən artıq hərbi texnika sıradan çıxarılıb.
Məlumata əsasən, qarşıdurma zamanı Pakistan ordusu 12 hərbçisini itirib, 27 nəfər yaralanıb, bir hərbçi isə itkin düşüb. Rəsmi açıqlamada bildirilib ki, Taliban qüvvələri Əfqanıstan–Pakistan sərhədində yerləşən 53 yaşayış məntəqəsini atəşə tutub.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...