Pakistan Hindistanın 24-36 saat ərzində ölkəyə zərbə endirmək niyyətini açıqlayıb
Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, Hindistan yaxın 24-36 saat ərzində Pakistana zərbələr endirməyi planlaşdırır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nazir İslamabadın istənilən təcavüz aktına qəti şəkildə cavab verəcəyini deyib.
Eyni zamanda, Tarar vurğulayıb ki, Hindistan hər hansı fəlakətli nəticələrə görə tam məsuliyyət daşıyacaq.
Xatırladaq ki, Hindistan və Pakistan əsgərləri aprelin 25-də Cammu və Kəşmirdə Nəzarət Xəttində (LoC) atışma olub. Bəzi yerlərdə Pakistanın təşəbbüsü ilə kiçik silahlardan atəş açılıb.
Bunun ardınca media Hindistan hökumətindəki yüksək rütbəli mənbəyə istinadən yazıb ki, ölkə Hindistan birliyinin Cammu və Kəşmir ərazisində terror aktı ilə əlaqədar terrorçulara zərbə endirmək imkanını nəzərdən keçirir.
Oxşar xəbərlər
Trampla Zelenskinin görüş tarixi bilindi
Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyini rəsmən təsdiqləyib. BAKU.WS xarici KİV-ə istinadən verdiyi məlumata görə,...