Özcan Denizin ürəyinə 3 stend qoyulacaq
Bir neçə gün əvvəl infarkt keçirən müğənni Özcan Deniz əməliyyat olunacaq.
BAKU.WS xəbər verir ki, sənətçinin ürəyinə 3 stend qoyulacaq. Bu barədə "Magazin Bahane" adlı yutub layihəsində aparıcılar Gökay Kalaycıoğlu və Hakan Solaker bildiriblər.
Qeyd edilib ki, ifaçı həkimi Bingür Sönmezin qəararı ilə artıq fəaliyyətinə müvqqəti ara verəcək. Əməliyyatla ürəyinə stend qoyulacaq Özcan qısa müddətdə xəstəxanadan evə buraxıla bilər.
Müğənni aktyor kimi rol aldığı "Kızıl Goncalar"da da bir müddət çəkilməyəcək.
Xatırladaq ki, ifaçı anası və qardaşı ilə yaşadığı problemlərdən dolayı infarkt keçirib.
Oxşar xəbərlər
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki bu barədə İran XİN-in bəya...