Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanda qeyri-adi və heyrət doğuran hadisə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Fərqanə şəhərində yerli sakin çoxmənzilli yaşayış binasının zirzəmisində süni su hövzəsi quraşdıraraq orada siam köpəkbalığı yetişdirib. Bu barədə "Repost.uz" məlumat yayıb.
Qeyri-adi hovuz tikinti və mənzil kommunal təsərrüfatı sahəsində nəzarət üzrə ərazi müfəttişliyinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilib. Məlum olub ki, dəniz köpəkbalıqlarına xarici oxşarlığı ilə seçilən siam köpəkbalığı əslində şirin su balığıdır.
Lakin məsələ təkcə balıqla bitməyib. Yoxlama zamanı müfəttişlər ev sakininin ümumi su təchizatı sisteminə qanunsuz qoşulduğunu da üzə çıxarıblar. Zirzəmidən təyinatı üzrə istifadə qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati protokol tərtib olunub və o, cərimələnib. Eyni zamanda, suyun özbaşına istifadəsi faktı üzrə də ayrıca sənədləşmə aparılıb.
Aidiyyəti qurumlar tərəfindən ev sahibinə 15 gün müddətində zirzəmini tamamilə boşaltmaq, quraşdırılmış hovuzu sökmək və otağı əvvəlki ilkin vəziyyətinə qaytarmaqla bağlı sərt xəbərdarlıq edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...