Ötən ay toyu olmuşdu, 3 uşaq atası məşhur futbolçu ÖLDÜ - HƏYATI və vurduğu QOLLAR

Ötən ay toyu olmuşdu, 3 uşaq atası məşhur futbolçu ÖLDÜ - HƏYATI və vurduğu QOLLAR
Foto Video
Dünya 548

Xəbər verdiyimiz kimi, məşhur portuqaliyalı futbolçu Dioqo Jota yol qəzasında ölüb.

BAKU.WS mərhum futbolçu haqqında məlumatları təqdim edir:

Tam adı ilə Diogo Jose Teixeira da Silva 4 dekabr 1996-cı ildə Portuqaliyanın Porto şəhərində dünyaya gəlib. 

O, 2013-cü ildə "FC Paços de Ferreira"nın gənclər akademiyasına qoşulub. 2014-15 mövsümünün əvvəlində əsas komandaya yüksəlib. Jota, peşəkar debütünü 19 oktyabr 2014-cü ildə "Atletico SC" ilə "Taça de Portuqaliya" matçında edib. Portuqaliyalı daha sonra bir sıra klublarda çıxış edib.

28 yaşlı Jota son olaraq 2020-ci ildə 41 milyon funt sterlinq qarşılığında "Vulves"dən "Liverpul"a keçib. O, "qırmızılar"ın heyətində 182 oyunda 65 qol vurub. Keçən mövsüm Premyer Liqa titulunu qazanıb, həmçinin iki dəfə FA Kubokunu başı üzərinə qaldırıb.

Futbolçu ötən ayın 22-də sevgilisi Rute Kardoso ilə ailə həyatı qurmuşdu.

Cütlüyün üç övladı var.

Həmçinin Jota:

"Wolverhampton Wanderers"da keçirdiyi 131 oyuna 44 qol vurub 19 məhsuldar ötürmə edib.

"FC Paços de Ferreira"da keçirdiyi 47 oyuna 18 qol vurub 14 assist edib. 

"FC Porto"da isə 38oyuna 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 28 yaşlı portuqaliyalı forvard İspaniyanın şimal-qərbindəki Zamora yaxınlığında qəzaya uğrayıb. Onun qardaşı Andre də cümə axşamı səhər saatlarında Palacios de Sanabria yaxınlığındakı Rias Bajas şossesində (A-52) yol qəzasında həlak olub.

Jotanın "Liverpul"da vurduğu baxımlı qollarını təqdim edirik:

Son xəbərlər