"Oskar" mükafatına namizəd rejissor evində ölü tapılıb
Portuqaliyalı tanınmış rejissor, "Oskar" mükafatına namizəd olmuş Juan Kaniju (João Canijo) 68 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli "Correio da Manha" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, rejissorun cəsədini Vila-Viçoza qəsəbəsi yaxınlığındakı evində xadimə qadın aşkar edib.
Kinematoqrafın ölüm səbəbi hazırda məlum deyil.
Juan Kaniju daha çox 2005-ci ildə "Əcnəbi dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar"a namizəd göstərilən "Gecənin qaranlığında" filmi ilə tanınır. O, həmçinin 2023-cü ildə "Pis həyat" ("Bad Living") filmi ilə Berlin Beynəlxalq Kino Festivalında "Gümüş Ayı" mükafatına layiq görülüb.
Məlumata görə, rejissorun bir yarımçıq qalmış layihəsi də var. Onun vəfat etdiyi vaxt film çəkiliş mərhələsində olub.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...