Onlar "Qızıl Qlobus"un "Ən yaxşıları" oldular
Ötən gün serial və film sahəsində ən yaxşıların mükafatlandırıldığı "Qızıl Qlobus"un təqdimat mərasimi baş tutub.
BAKU.WS xəbər verir ki, Los Ancelesdə keçirilən mötəbər tədbirdə aparıcı komediyaçı Nikki Qleyzer olub.
"Ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" Demi Mura, "Ən yaxşı aktyor" nominasiyasında isə "Qızıl Qlobus" Sebastian Stenə təqdim edilib.
İllər sonra ekranlara dönən Demi bu mükafatı "Substance" filmindəki obrazına görə alıb.
Sebastian Stan isə "Qızıl Qlobus"u "A Different Man" filmindəki roluna görə qazanıb.
"Baby Reindeer" "Ən yaxşı mini serial" kateqoriyasında "Qızıl Qlobus"a layiq görülüb. Serialın aktrisası Cessika Qanninq isə "Ən yaxşı köməkçi aktrisa" nominasiyasında qalib olub.
İrlandiyalı Kolin Farell "Ən yaxşı mini serial" kateqoriyasında"Ən yaxşı aktyor" adına layiq görülüb.
"The Brutalist" dram janrında "Ən yaxşı film" seçilib.
"Anora" gecənin "Ən yaxşı film"i kateqoriyasında "Qızıl Qlobus"a layiq görülüb. "Flow" "Ən yaxşı animasiya" kateqoriyasında mükafat qazanıb.
"Ən yaxşı rejissor" nominasiyasında Bredi Korbet "Qızıl Qlobus" alıb. O "The Brutalist" filminə görə bu mükafata sahib olub.
Dram janrında "Ən yaxşı serial" "Syqoun" seçilib.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...