Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi ölkənin ərazi sularında, Hörmüz boğazında ehtimal olunan üzən minanın aşkar edilməsi barədə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, müvafiq bəyanat "X" sosial şəbəkəsində dərc olunub.
"Batan və ya üzən mina olduğu ehtimal edilən obyektin Hörmüz boğazında gəmilərin hərəkət zonasının sahildən qərb hissəsində aşkar edilməsi ilə əlaqədar, Dəniz Təhlükəsizliyi Mərkəzi bütün dənizçiləri, balıqçıları və gəmiləri həmin ərazidə hərəkət zamanı maksimum ehtiyatlı olmağa çağırır", - bəyanatda deyilir.
Qurum dəniz hərəkətinin bütün iştirakçılarını hər hansı şübhəli obyektlərdən təhlükəsiz məsafə saxlamağa və onlar barədə dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.
Oxşar xəbərlər
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Oleşki və qonşu rayonlarında müvəqqəti atəşkəsin Kiyev və Moskva arasında uzunmüddətli sülhü...