Ölüləri qəbirdən çıxarır, uşaqların üstündən tullanırlar - Dünyanın ən qəribə FESTİVALLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın müxtəlif yerlərində son dərəcə təəccüblü festivallar keçirilir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bəzilərində insanlar skelet və meyit makiyajı edir, ölülərini qəbirlərindən çıxarırlar, bəzilərində isə həyat yoldaşlarını kürəyində gəzdirərək yarışırlar.
Mərkəzi Amerika ölkələrindən biri olan El Salvadorda möhtəşəm festival baş tutub. Hər il dünyanı təəccübləndirən festivalda iki qrupa bölünən bir çox iştirakçı bir-birinə top atan tapançalardan atəş açıblar. Qoruyucu vasitələrdən istifadə edilməsinə baxmayaraq çox sayda insanın yaralandığı festival dünyada "xaos festivalı" da adlandırılır. 1658-ci ildə bölgədə böyük dağıntılara səbəb olan vulkan püskürməsi nəticəsində ortaya çıxdığı güman edilən və şər ruhları qovmaq üçün keçirilən festival, dünyada qeyri-adi festivallardan biri hesab edilir.
İspaniyada keçirilən "Baby Jumping Festival"nın uşaqlara şans və sağlam həyat gətirəcəyinə inanılır.
Körpələrin üstündən tullanırlar. Yerli əhali bu tədbiri həyata keçirməklə körpələrin gələcəkdə sağlam yaşayacaqlarına inanır.
Finlandiyanın Sonkajarvi şəhərində keçirilən "Arvad Daşıma Festivalı" dünyada unikal hesab olunur. Müsabiqədə kişi iştirakçılar həyat yoldaşlarını kürəyinə alaraq müəyyən məsafəni mümkün qədər tez keçməyə çalışırlar.
"Dünyanın ən rəngli festivalı" olaraq bilinən və hər fevral ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən "Rio Karnavalı"nda ölkədəki rəqs məktəblərinin şagirdləri bir araya gələrək rəngli geyimlərdə Samba rəqsləri nümayiş etdirirlər. Dörd gün davam edən festival həm də dünyanın ən məşhur karnavalı kimi tanınır.
Almaniyanın Bavariya əyalətinin paytaxtı Münhendə hər il dünyanın ən böyük spirtli içki festivalı keçirilir. Milyonlarla turist şəhərə gələrək on beş böyük çadırda alman yerli pivələrini içirlər. Münhenlilərin yerli Bavariya geyimləri geyindiyi festivalda bir çox musiqi və rəqs tədbirləri də təşkil olunur.
İyul ayında Cənubi Koreyanın Boryeong şəhərində keçirilən "Palçıq Festivalı" dünyanın ən böyük palçıq hadisəsi kimi tanınır. Festival zamanı yerli əhali sağlamlıq və dəri gözəlliyi üçün palçığı faydalı olduğunu düşünürlər. Palçıq rəqsləri, palçıq döyüşləri və palçıq güləşi kimi tədbirlər təşkil edilir.
Dünyada ən çox tənqid edilən festival iyul ayında İspaniyanın Pamplona şəhərində keçirilən "San Fermin Festivalı" kimi tanınır. Festivala qarşı tənqidlərin mərkəzində isə tədbirlər çərçivəsində təşkil edilən "Encierro" kimi tanınan öküz qaçışı dayanır. Yerli əhalinin və turistlərin şəhər küçələrində qalan çoxlu qəzəbli öküzlərdən qaçdığı bu hadisədə hər il xeyli insan xəsarət alır.
Dünyanın ən ürküdücü və əyləncəli də festivallarından biri də Almaniyanın cənubunda və Avstriyada keçirilən "Krampusnacht" festivalıdır.
Almaniyanın cənubunda və Avstriyada keçirilən "Krampusnacht" (Krampus Gecəsi) festivalı dünyada ürpertici geyimləri ilə diqqət çəkən festivallar sırasındadır. Alp dağlarında yaşadığına inanılan və Miladdan əvvəl yaramaz uşaqları cəzalandırmaq üçün peyda olan "Krampus" canavarı kimi maskalanan iştirakçılar festival boyu insanları ürpərtici maskalarla qorxudur, yerli əhali isə onlara hədiyyələr verərək "Krampus"u qovmağa çalışır.
Qorxunc paltarlar deyildikdə dünyada ilk ağıla gələn bayram Meksikada keçirilən "Dia de los Muertos" (Ölülər Günü) festivalıdır. Noyabr ayında keçirilən festivalın iştirakçıları ölü makiyajda və mərhum yaxınlarının əşyalarını daşıyaraq küçələrdə gəzirlər.
Bununla belə, daha da irəli gedən festivallar var. Madaqaskarda ölülərin məzarlarından çıxarılaraq sümüklərinin yenidən büküldüyü "Famadihana Festivalı" da onlardan biridir. Madaqaskar mədəniyyətində insanlar bu ritualı vəfat etmiş yaxınlarının həyatını xatırlamaq və şərəfləndirmək üçün həyata keçirirlər.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...