Oktyabrda göy üzündə iki möhtəşəm meteor yağışı müşahidə olunacaq
Bu ay astronomiya həvəskarlarını iki təbii möcüzə gözləyir – Drakonidlər və Orionidlər meteor yağışları oktyabr gecələrini bəzəyəcək.
BAKU.WS xəbər verir ki, 6–10 oktyabr tarixləri arasında, xüsusilə Şimal yarımkürəsində yaşayanlar Drakonidlər meteor yağışını izləyə biləcəklər. Ən güclü mərhələnin 8 oktyabr saat 22:00-da olacağı gözlənilir. Meteorlar "Drako" (Əjdaha) bürcünün istiqamətindən keçəcək.
Ayın ikinci yarısında isə Halley quyruqlu ulduzunun qalıqlarından yaranan Orionidlər meteor yağışı müşahidə ediləcək. NASA bu hadisəni "ilin ən gözəl meteor yağışlarından biri" adlandırır. Onun 21 oktyabr gecəsi ən parlaq mərhələyə çatacağı bildirilir.
Mütəxəssislər meteor yağışlarını izləmək üçün şəhər işıqlarından uzaq, qaranlıq əraziləri seçməyi və gecə yarısından sonra göyün cənub-şərq istiqamətinə baxmağı tövsiyə edirlər.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...