Odessada hərbi komissarlıqda partlayış olub, bir nəfər ölüb
21
noy
2025
19:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Odessa Ərazi Komplektləşdirmə Mərkəzlərindən birində partlayış baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.
İlkin məlumata görə, bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb. Polis hadisə yerində təhqiqat aparır.
Öz növbəsində, bir sıra Ukrayna KİV-ləri iddia edir ki, partlayış qumbaranın partladılması nəticəsində baş verib. Qeyd olunur ki, döyüş sursatını çağırışçılardan biri işə salıb, nəticədə 42 yaşlı kişi həlak olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...