Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər
ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken "Reuters"ə bildirib.
Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.
O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.
"Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür", - o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Hindistanda Narmad çayının Barqi bəndi su anbarında gəzinti katerinin qəzaya uğraması nəticəsində altı nəfər ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, h...