Nissan korporasiyası 20 min işçisini ixtisar edəcək
Yaponiyanın "Nissan Motor Co." korporasiyası restrukturizasiya çərçivəsində 20 min işçini ixtisar etməyi planlaşdırır.
Bu barədə NHK telekanalı mənbələrə istinadla xəbər verib.
Qeyd olunur ki, şirkət daha əvvəl, noyabr ayında 9 min nəfərin işdən çıxarılacağını bildirmişdi.
Hazırda isə daha 11 min nəfərin ixtisarı planlaşdırılır. Beləliklə, ümumilikdə təxminən 20 min nəfər, yəni qlobal işçi heyətinin 15 faizi işdən çıxarılacaq.
Aprel ayında "Reuters" agentliyi xəbər vermişdi ki, "Nissan", Çinin Uhan şəhərindəki zavodunu yerli istehsalçılarla sərt rəqabət səbəbilə bir ildən sonra bağlamağı planlaşdırır.
Oxşar xəbərlər
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Rusiya və Ukrayna razılığa gələ bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində b...