"Nissan" 600 mindən çox avtomobili geri çağırır
"Nissan Motor" şirkəti litium-ion batareyasının idarəetmə sistemində aşkarlanan nasazlıq səbəbindən 600 595 avtomobili geri çağırdığını açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, kampaniya 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal olunmuş "Note", "Note Aura" və "X-Trail" hibrid modellərini əhatə edir.
Şirkətin məlumatına görə, batareyanın idarəetmə sisteminin proqram təminatındakı xəta yanlış siqnalların yaranmasına səbəb olur. Bu isə elektrik mühərrikinin işinin məhdudlaşdırılması, bəzi hallarda isə avtomobilin hərəkət zamanı qəfil dayanması riski yaradır.
İndiyədək nasazlıqla bağlı 452 müraciət daxil olub. Bundan əlavə, maddi ziyanla nəticələnən bir hadisənin qeydə alındığı bildirilsə də, xəsarət alanların olmadığı qeyd edilib.
"Nissan" problemin aradan qaldırılması məqsədilə geri çağırılan bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatını ödənişsiz yeniləyəcək.
Oxşar xəbərlər
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Rusiya və Ukrayna razılığa gələ bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində b...