Netanyahu Trampla telefon danışığı aparıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailшт Baş naziri Binyamin Netanyahu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"Netanyahu Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampla söhbət edib", - bəyanatda deyilib.
Baş nazirin dəftərxanası qeyd edib ki, Netanyahu Trampa zəng edən ilk şəxslərdən biri olub. Söhbət "isti və səmimi" olub, Baş nazir seçilmiş Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
Bildirilib ki, söhbət zamanı Netanyahu və Tramp "İran təhlükəsini" müzakirə ediblər və İsrailin təhlükəsizliyi naminə birlikdə işləmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...