Netanyahu Trampın Qəzza planını rədd etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 15 maddəlik planını rədd edib.
BAKU.WS xəbər verir ki, Netanyahu Həmas tam silahsızlaşdırılmayana qədər İsrail ordusunun Qəzzadan geri çəkilməyəcəyini bildirib.
"İsrail 15 maddəlik sənədi rədd edir", - deyə Netanyahu vurğulayıb.
O, ABŞ rəsmiləri ilə planın icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Netanyahu təkliflərin bir qisminin İsrail üçün qəbulolunan, digər hissəsinin isə qəbuledilməz olduğunu qeyd edib.
Qeyd edək ki, Trampın planı Həmasın silahsızlaşdırılmasını, İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını və ərazinin yenidən qurulmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...