Netanyahu Livandan gələn təhdidlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrail Livandan gələn təhdidlərə dözüm göstərməyəcək və "Hizbullah"ın yenidən silahlanmasına icazə verməyəcək".
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.
"Livan hökumətinin "Hizbullah"ı tərksilah etmək vədini yerinə yetirməsini gözləyirik, lakin atəşkəsdə nəzərdə tutulduğu kimi özünümüdafiə hüququmuzdan da istifadə edəcəyik", - deyə o bildirib.
Netanyahu vurğulayıb ki, İsrail Livanın ona qarşı yeni cəbhəyə çevrilməsinə icazə verməyəcək və lazım olduqda zəruri addımlar atacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...