Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin əsas xarici siyasət vəzifəsi İranda hakimiyyətin dəyişdirilməsidir və yaxın gələcəkdə buna nail olmaq tamamilə mümkündür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Netanyahu bu barədə müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyi ilə görüşündə bildirib.
"Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətimizə əminəm. Yəni Tehrandakı hakimiyyəti devirməyə. Bu, qarşımızda duran əsas məqsəddir, lakin ona nail olmaq artıq yaxındır. Bu, mümkünsüz deyil və tamamilə əlçatandır", - Netanyahu vurğulayıb.
Onun iddialarına görə, İran hazırda həmişə olduğundan daha zəifdir və sağ qalmaq uğrunda mübarizə aparır.
"Mən düşmənlərimizə deyirəm: bizimlə işiniz olmasın. Əgər nə isə öyrənmisinizsə, o da budur ki, bizimlə işiniz olmasın. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var", - baş nazir əlavə edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...