Netanyahu İranda hakimiyyət dəyişikliyinə ümid etdiyini açıqlayıb
İsrailin Baş naziri Benyamin Netanyahu İranda hakimiyyət dəyişikliklərinə ümid etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu açıqlama o, Nazirlər Kabinetinin iclası zamanı verib.
Netanyahu qeyd edib ki, İslam Respublikasında hakimiyyət dəyişdikdən sonra İsrail və İran arasında əməkdaşlıq mümkündür:
"Biz İranın cəsur və qəhrəman vətəndaşlarına dəstəyimizi bildiririk. Rejim süqut etdikdən sonra hər iki ölkənin xalqının rifahı naminə birgə faydalı işlər görmək niyyətindəyik. Ümid edirik ki, fars xalqı tezliklə tiraniya boyunduruğundan azad olacaq və həmin gün gəldikdə, İsrail və İran firavan və dinc gələcəyin qurulmasında etibarlı tərəfdaş olacaqlar", – deyə Netanyahu vurğulayıb.
Oxşar xəbərlər
Rəsmi Tehran Çinə dəstəyinə görə təşəkkür edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlar 25 illik...