Netanyahu: "İran ballistik raket istehsalına yenidən başlayır"
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu İranın ballistik raket istehsalını bərpa etdiyini bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail lideri "Fox News" telekanalına müsahibəsində bildirib.
Netanyahudan İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyini düşündüyü soruşulub.
"Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geriyə çəkilməyə məcbur etmişik, amma onlar yenidən cəhd göstərəcəklər", - deyə o bildirib.
Netanyahu iddia edib ki, İranın Fordodakı nüvə obyekti məhv edildikdən sonra Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır.
Oxşar xəbərlər
BMT-nin Baş katibi Bakıda COP29-un yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 iqlim konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirmə...