Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Netanyahu bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində İsrail Müdafiə Ordusunun (ÇAXAL) üç hərbçisi ağır yaralanıb.
"Buna cavab olaraq ÇAXAL hücum əmrinin verildiyi "Hizbullah" qərargahına zərbə endirib. Həmin vaxt qərargahda mülki şəxslər də olub və onlar İsraili mülki əhaliyə qəsdən zərbə vurmaqda ittiham etmək üçün canlı qalxan kimi istifadə ediliblər", - Netanyahu bildirib.
Netanyahu vurğulayıb ki, ÇAXAL siyasi rəhbərliyin siyasətinə uyğun fəaliyyət göstərir və həm Livanda, həm də Qəzzada İsrail hərbçiləri və vətəndaşları üçün yaranan istənilən təhlükəni aradan qaldırır.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq - Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri məqsədilə...