Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı

Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
Video
Dünya 42

Nepalda baş verən daşqınlar zamanı hamını təəccübləndirən hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, yaşıl rəngli ev şiddətli daşqınlar qarşısında dağılmayıb.

Bu tkintidə keyfiyyət və təhlükəsizlik standartlarının nə dərəcədə vacib olduğunu nümayiş etdirib.

Ətrafdakı bütün tikililərin sel sularına tab gətirməyərək məhv olduğu ərazidə möhkəm bünövrə və dəmir-beton sütunlar üzərində inşa edilmiş bir evin tamamilə zədəsiz dayanması diqqət çəkib.

Fəlakətin ortasında duruş gətirən bu tikili adekvat mühəndis hesablamalarının və keyfiyyətli inşaatın insan həyatını necə xilas edə biləcəyini əyani şəkildə göstərib.

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələr yaradıb.

Xatırladaq ki, Nepalada avqustun 26-da başlayan və geniş ərazini cənginə alan dəhşətli daşqınların fəsadları ağırlaşmaqda davam edir. Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıq 1 056-ya çatıb.

Helikopterlərin də cəlb olunduğu miqyaslı xilasetmə əməliyyatları çərçivəsində bu günə qədər 11 min 800-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər