Nepalda etirazlar Hindistan sərhədinə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Nepal və Hindistan sərhədində etirazlar baş qaldırıb, nəticədə nəzarət-buraxılış məntəqələri bağlanıb.
BAKU.WS-in India Today telekanalına istinadən verdiyi xəbərə görə, etirazçılar polis postlarını yandırıblar.
Paytaxtda və Nepalin bir sıra digər şəhərlərində ikinci gündür ki, hökumət əleyhinə iğtişaşlar davam edir. Etirazlar fonunda baş nazir Şarma Oli istefa verib. Nümayişçilər, həmçinin parlament, Ali Məhkəmə və prokurorluq da daxil olmaqla dövlət idarələrinin binalarını yandırıblar.
Bundan əlavə, siyasətçilərin və məmurların evlərinə hücumlar barədə də məlumat verilir. Belə hallardan birində ölkənin keçmiş baş naziri Cana Natha Khanalanın həyat yoldaşı həlak olub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...