NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Baş katib Mark Ruttenin bu bəyanatını blokun mətbuat xidməti yayıb.
"İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm", - o deyib.
Rutte bildirib ki, Ankaradakı görüşdə NATO ölkələrinin liderləri bugünkü çağırışlara cavab hazırlamağa davam edəcəklər.
Qeyd edək ki, Türkiyə son 25 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək. Daha əvvəl 2004-cü ildə sammit İstanbulda keçirilmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...