NATO baş katibi: Ukraynada müharibə ilin sonuna qədər qurtara bilər
NATO-nun baş katibi Mark Rutte Ukraynada münaqişənin artıq cari ilin sonuna qədər başa çata biləcəyini istisna etməyib.
BAKU.WS xəbər verir ki, o, bunu "El Paí"s nəşrinə müsahibəsində bildirib.
Rutte jurnalistin müvafiq sualına müsbət cavab verib və lakin əlavə edib ki, bu kimi məsələlərdə dəqiq proqnoz vermək çətindir.
"Belə proseslərin gedişini proqnozlaşdırmaq həmişə çətindir, amma səmimi şəkildə ümid edirəm ki, yaxın vaxtlarda sülh əldə olunacaq. Əlbəttə ki, Cenevrə danışıqlarından sonra hələ bir sıra görüşlər keçirilməlidir, həmçinin Aİ və NATO ilə ayrı-ayrı, paralel müzakirələr aparılmalıdır. Biz hələ o mərhələyə çatmamışıq", – NATO baş katibi deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukrayna üzrə sülh planında dəyişikliklər edildikdən sonra sənəddəki maddələrin sayı 28-dən 22-yə endirilməlidir.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...