NASA Ay səthində nüvə reaktoru qurmağı planlaşdırır
NASA və ABŞ Enerji Nazirliyi Ay səthi üçün nüvə fisyon reaktoru hazırlanması layihəsini yenidən təsdiqləyib. Məlumata görə, reaktorun hazırlanması və Yer üzərində sınaqlarının 2030-cu ilədək tamamlanması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, reaktorun Ay missiyaları üçün uzun illər fasiləsiz enerji təmin edəcəyi və Yer kürəsindən daimi yanacaq daşınmasına ehtiyacı aradan qaldıracağı bildirilir. NASA rəhbəri Jared Ayzekman bu əməkdaşlığın kosmos tədqiqatları üçün mühüm imkanlar açacağını vurğulayıb.
Qeyd olunur ki, Ayın sərt mühiti atmosferin olmaması, istiliyin paylanması, aşındırıcı Ay tozu və radiasiya riski layihəni texniki baxımdan çətinləşdirir. Buna baxmayaraq, alimlər ən azı 40 kilovat güc istehsal edə biləcək, təxminən 10 il fasiləsiz enerji verən reaktor üzərində işləyirlər.
Mütəxəssislər bildirir ki, layihə böyük potensiala malik olsa da, maliyyə və mühəndislik çətinliklərinə görə bu, daha çox uzunmüddətli hədəf kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Türkiyənin 35 əyalətində İŞİD-lə əlaqəli 184 şübhəli saxlanılıb
Türkiyədə son iki həftə ərzində 35 əyalətdə keçirilən antiterror əməliyyatı çərçivəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 184 nəfər s...