"Narin Güran" cinayətinə görə 15 nəfərə 5 ilədək həbs cəzası tələb olunub

Türkiyədə 2024-cü ildə qətlə yetirilən 13 yaşlı Narin Güranla bağlı cinayət işində 6-sı həbsdə olmaqla 12 nəfər və yaşı 18-dən aşağı olan 3 yeniyetmə barəsində "cinayətkarı gizlətmək" ittihamı ilə açılmış məhkəmə prosesində prokuror yekun rəyini təqdim edib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Diyarbakır 17-ci Asliye Cinayət Məhkəməsinə təqdim olunan 10 səhifəlik rəyə əsasən, şübhəli və yeniyetmələrin hadisə ilə bağlı verdikləri ifadələrin bir-birini təkzib etdiyi və maddi sübutlarla uyğunluq təşkil etmədiyi bildirilib. Rəydə qeyd olunub ki, bəzi şəxslər sübutları gizlətmək, hadisənin istiqamətini dəyişmək və istintaqa mane olmaq məqsədilə telefon yazışmalarını silib, yanğın törədib və saxta izlər qoyub. Prokuror onların eyni niyyətlə və təşkilatlanmış şəkildə hərəkət etdiyini bildirib.
Bu səbəbdən, hər bir şübhəli və cinayətə qarışmış yeniyetmə üçün 6 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunub. Prokuror həmçinin bəzi şəxslərin azadlıqda qalmasının sübutların qaralması və qaçmaq riski yaratdığını əsas gətirərək onların həbsdə qalmasının davam etdirilməsini istəyib.
Qeyd edək ki, 2024-cü ilin avqustunda itkin düşən və sentyabrda meyiti tapılan Narin Güranın qətlində anası, qardaşı və əmisi əsas təqsirləndirilən şəxslər kimi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum olunub. Qızın meyitini gizlədən şəxs isə 4 il 6 ay həbs cəzası alıb.

Oxşar xəbərlər
Alimlər qəfil ürək dayanması üçün əsas risk faktorlarını açıqladı
Fudan Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qəfil ürək dayanması (SCA) hallarının 63 faizə qədərinin qarşısını həyat tərzi və ətraf mühit şəraitini...