Myanmada güclü partlayış: Onlarla insan həyatını itirib

Myanmada güclü partlayış: Onlarla insan həyatını itirib
Video
Dünya 25

Myanmanın şimal-şərqində yerləşən Namxam qəsəbəsində baş verən güclü partlayış faciəvi nəticələrə səbəb olub. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 46 nəfər ölüb, 74 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

BAKU.WS xəbər verir ki, partlayışın dağ-mədən sektorunda istifadə olunan partlayıcı maddələrin saxlanıldığı ehtimal edilən binada baş verdiyi bildirilir. Güclü partlayış tikilidə ciddi dağıntılara səbəb olub.

Xilasetmə əməliyyatları zamanı dağıntılar altından 46 nəfərin cəsədi çıxarılıb. Həlak olanlar arasında altı uşağın da olduğu qeyd edilir. Yaralanan şəxslər əraziyə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb.

Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər