Müğənninin vida mərasimində İZDİHAM - Qızının halı pisləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün mərhum müğənni Volkan Konakla vida mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, sənətçi ilə viadalaşmağa gələnlər arasında həyat yoldaşı və övladları o cümlədən sənət caiməsinin tanınmış simaları yer alıb.
İfaçının 35 illik ömür gün yoldaşı Selma Konak "Mənə bunu necə etdin?" sözlərini söyləyərək fəryad edib.
Sənətçinin yasında onu sevən adi vətəndaşlar da iştirak ediblər. Polis dəfn mərasimində yaranan izdihamın qarşısını almaq üçün barrikadalar qurub. Lakin izdihamda yaralananlar olub və xəstəxanaya aparılıblar.
Sənətçinin qızı Şimalın da qəfildən halı pisləşib. İzdihamdan uzaqlaşdırılaraq ona tibbi yardım göstərilib.
Xatırladaq ki, ifaçının ötən gün Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.
Xəstəxanaya çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...