Müğənninin həyat yoldaşı qızının narkotik aslılığından danışdı: "İlk dəfə 13 yaşında..."
![Müğənninin həyat yoldaşı qızının narkotik aslılığından danışdı: İlk dəfə 13 yaşında...](https://baku.ws/storage/photos/uploads/thumbs/large/JLooSEyndZJ00HkMtcVntLtdLe11qbW4vP8b9a3e.webp)
Türkiyəli müğənni Umut Akyüreyin həyat yoldaşı Oktay Ertuğrul qızının narkotikə necə qurşanmasından danışıb.
BAKU.WS xəbər verir ki, verilişlərdən birinə qonaq olan Oktay qızı Melek Balı ilk dəfə 13 yaşında xəstəxanaya yerləşdirdiklərini bildirib. Ona narkotikdən istifadəni isə özündən böyük dostu öyrədib:
"Melek sevgi dolu böyüdü. Xoşbəxt ailə idik. Biz siqaret çəkib ya da içki içmirdik. Böyük bir problem də yaşamamışıq. Mən də, anası onunla normal valideyn uşaq münasibəti saxlayırdıq. O pis vərdişə özündən böyük dostunun onu öyrəşdirməsindən sonra başladı. İlk dəfə 13 yaşında biz onu xəstəxəanaya yerləşdirdik. Melek qarışqanı belə incitməyən uşaq idi. Amma bizim onu bu yoldan çəkindirmək cəhdlərimiz baş tutmadı. Bu səbəbdən artıq yardım almağa məcbur olduq".
Xatırladaq ki, müğənni Umut Akyürek ötən il qızının narkotik istifadə etdiyini və ondan qorunmaq üçün özünü evin bir otağına kilidlədiyini demişdi. Onun qızı hazırda müalicə alır.
![](https://baku.ws/storage/photos/uploads/thumbs/aspect/CiQUyToVa0fuwjSk2DGnLPaA3mNV5JymJ3fIyCse.webp)
Oxşar xəbərlər
Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Moskva vilayətində Myaçkovo aerodromu yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir. Had...
![](/images/banners/placeholder_home_right_az.jpg)