Müge Anlının keçmiş həyat yoldaşına hücum etdilər
Məşhur aparıcı Müge Anlının keçmiş həyat yoldaşı Burhan Akdağa hücum edilib.
BAKU.WS xəbər verir ki, Burhan Akdağ həyat yoldaşından boşanandığı gün döyülüb.
İddialara görə, Akdağ 8 illik həyat yoldaşı Aysun Çardakla boşanma prosedurlarını tamamladıqdan sonra İstanbulun Ataşehir rayonunda yaşadığı yaşayış kompleksinin qarşısında hücumun hədəfinə çevrilib.
Hadisə zamanı onun yanında olan qızı Aslıhan Akdağ yaşananları anbaan lentə alıb.
O, atasının həyatına təhlükə yaradıldığını irəli sürərək, "Atamı öldürüb hadisəni qəza kimi göstərmək istəyirdilər" deyib.
Akdağ bildirib ki, qızı hadisəni telefonla qeydə almağa çalışarkən hücum edən şəxslər bu dəfə ona yönəliblər.
O, qızının boğazından tutulduğunu, telefonunun əlindən alınmağa çalışıldığını, üzünə zərbə endirildiyini və geyiminin cırıldığını iddia edib.
Burhan Akdağa hücum edənin boşandığı arvadının sevgilisi olduğu bildirilib.
Oxşar xəbərlər
Alimlər hüceyrələrin qocalmasının gizli səbəbini müəyyən ediblər
Alman alimləri hüceyrələrin yaşlanması ilə bağlı mühüm kəşfə imza atıblar. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki,...