MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər
İsrailin baş naziri Benyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışan general-mayor Roman Hofman ölkənin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın növbəti rəhbəri postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin "Walla" portalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
MOSSAD rəhbərinin vəzifə müddəti adətən dörd il olur, lakin baş nazir onu bir il müddətinə uzatmaq səlahiyyətinə malikdir. Mövcud rəhbər David Barnea 2025-ci il iyunun 1-də dörd illik xidmət müddətini başa vurmalı idi, lakin o, hazırda vəzifəsini uzadılmış müddətdə davam etdirir.
Roman Hofman 1976-cı ildə Belarusun Mozyr şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. O, İsrail Müdafiə Ordusunda (SAXAL) müxtəlif yüksək vəzifələr tutub, o cümlədən 75-ci batalyonun, "Etzion" regional briqadasının, 7-ci zirehli briqadanın və digər bölmələrin komandiri olub.
Roman Hofman 2024-cü ilin may ayında hərbi katib vəzifəsinə təyin olunduğu vaxtdan etibarən baş nazir Benyamin Netanyahunun etimadını qazanmış bir şəxs hesab olunur.
Oxşar xəbərlər
Zelenski və Fayon PURL proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Sloveniya Baş nazirinin müavini və xarici və Avropa işləri naziri Tanya Fayonla PURL (Ukraynanın Prioritet Ehtiyaclarının...