Moskvada çoxmərtəbəli yaşayış binasında PARTLAYIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada, Nijniya Maslovka küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzildə partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Hadisə şahidinin lentə aldığı görüntülərdən məlum olur ki, partlayış dalğası pəncərəni sındıraraq şüşə qırıntılarını küçəyə səpələyib.
Məlumata görə, partlayış səhər saat 6 radələrində dörd nəfərin yaşadığı üçotaqlı mənzildə baş verib.
"Shot" kanalı yazıb ki, partlayış mənzil sahibinin qumbara formasında olan alışqanını doldurmağa çalışdığı an baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Moskva prokurorluğu partlayışın səbəblərini araşdırmağa başlayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...