Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərq regionunda dərhal danışıqlara başlayacaq.
"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığından sonra yaydığı məlumatda deyilib.
Sənəddə bildirilib ki, ABŞ və Rusiya liderləri sülhə doğru hərəkətin enerji və infrastruktur obyektlərinə hücumların dayandırılması, eləcə də Qara dənizdə atəşkəs, tam atəşkəs və davamlı sülhə nail olmaq üçün texniki danışıqların aparılması ilə başlayacağı barədə razılığa gəliblər.
"Bu danışıqlar dərhal Yaxın Şərqdə başlayacaq", – bəyanatda deyilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...