Moskva sakinlərinə mayın ilk günləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Mayın 1-i və 2-də Rusiyanın paytaxtı Moskvaya aylıq yağıntının təxminən yarısı düşəcək.
BAKU.WS xəbər verir ki, bunu ölkənin "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib.
Sinoptikin məlumatına görə, mayın 1-nə keçən gecə yağış gözlənilmir. Bu zaman havanın temperaturu mənfi 1 ilə +4 dərəcə arasında dəyişəcək. Səhər səmanı qalın buludlar bürüyəcək, ondan sonra yağış yağmağa başlayacaq. Onların pik nöqtəsi günün ikinci yarısında və xüsusilə axşam saatlarında olacaq.
Tişkovets qeyd edib ki, bu gün Moskvada 18 millimetrdən 23 millimetrədək və ya aylıq normanın 38 faizi qədər yağıntı düşəcək.
Bundan əlavə, mayın 1-də səhər saatlarında Moskva vilayətinin şimal hissəsinin sakinləri yağışı sulu qarla müşahidə edə biləcəklər. Güclü cənub-şərq küləyi əsəcək, onun sürəti arabir saniyədə 4-9 metrə çatacaq.
Oxşar xəbərlər
Tramp: "Zelenski ən böyük alverçidir"
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin sülh nizamlanması üzrə danışıqlar mövqeyində kozırlaranın olmadığını bildirib. BAKU.WS Oxu.A...
