Moskva məhkəməsi "Telegram"ı buna görə cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Taqanski Məhkəməsi Telegram messencerini İŞİD terror təşkilatının təbliğatını aparan kanalları silməkdən imtina etdiyinə görə cərimələyib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yerli Baş Prokurorluq həmçinin "Telegram"da saxta sənədlərin alqı-satqısı, qeyri-qanuni kütləvi tədbirlər, Rusiya ordusunu nüfuzdan salan yazılar və etibarsız sosial əhəmiyyətli məlumatların yer aldığı qeydlər barədə məlumatlara da diqqət çəkib.
Roskomnadzor messencer administrasiyasından kanalları ləğv etməyi tələb etsə də, tələbə məhəl qoyulmayıb. Nəticədə məhkəmə "Telegram"ı 4 milyon rubl cərimə edib.
Söhbət 2024-cü il dekabrın 3-də Telegram-a tətbiq edilən cərimədən gedir. Həmin vaxt cəzanın dəqiq səbəbi açıqlanmayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...